Rusiyanın Kamçatka diyarında üç gün öncə radarlardan itmiş An-2 təyyarəsi tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə regionun fövqəladə hallar naziri Sergey Lebedev sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, hava gəmisinin göyərtəsində olan hər kəs sağdır. Onlar Mi-8 helikopteri ilə ərazidən təxliyə ediliblər.
Xatırladaq ki, dekabrın 19-da Lebedev yükdaşıma həyata keçirən An-2 təyyarəsinin radarlardan yoxa çıxdığını elan etmişdi.
Bizim.Media