Qərbin “İKİNCİ CƏBHƏ” PLANI – Gürcüstanı da Ukraynanın vəziyyətinə salmaq istəyirlər – TƏHLİL

Qərbin “İKİNCİ CƏBHƏ” PLANI – Gürcüstanı da Ukraynanın vəziyyətinə salmaq istəyirlər – TƏHLİL

Hazırda oxunan: Qərbin “İKİNCİ CƏBHƏ” PLANI – Gürcüstanı da Ukraynanın vəziyyətinə salmaq istəyirlər – TƏHLİL

217585

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ötən gün sensasion sayılacaq bəyanatla çıxış edib. O bildirib ki, hazırki proseslər Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir:

“Baş verənlər göstərir ki, oktaybrın 27-nə və qeyri-konstusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbin puç olan ÜMİDLƏRİ – Gürcüstan sülh, yoxsa müharibə yolunu SEÇƏCƏK?


Spiker, həmçinin müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.

Əsas hədəf nədir?

Şalva Papuaşvilinin bu fikirləri nə qədər təəccüblü görünsə də, əslində reallığa tam uyğundur. Çünki Qərb Gürcüstan iqtidarını cəzalandırmaq qərarına gəlib. Səbəbsə çox sadədir. Gürcüstan balanslaşdırılmış siyasət yeritmək və bütün qonşularla mehriban qonşuluq şəraitində yaşamaq, ən əsası isə ölkənin suverenliyini və ərazi bütövlüyünü bərpa etmək istəyir.

Amma Qərbə müstəqil, suveren və ərazi bütövlüyün təmin etmiş Gürcüstan yox, 20 faiz ərazisi işğal altında olan, iqtisadi cəhətdən zəif, yarımcan Gürcüstan lazımdır. Çünki Gürcüstanın belə vəziyyətdə olmasını əldə bayraq etmək üçün Qərbə “günah keçisi” lazımdır. “Günah keçisi” də Qərbin fikrincə təbii ki, Rusiyadır.

Qərb özünün maraqları üçün Rusiyanı dünyaya işğalçı dövlət kimi göstərməklə kifayətlənmir, həm də ayrı-ayrı dövlətləri Rusiyaya qarşı müharibəyə təşviq edir. O cümlədən də Gürcüstanı. 

Əslində Gürcüstandakı bəzi siyasi qüvvələr sadəlöhvcəsinə Qərbin “humanizminə” və “ədalət axtarışına” inanır. Bunun bariz nümunəsini biz 2008-ci ildə gördük. O zaman Qərbə inanan rəsmi Tiflis Moskvaya qarşı müharibə elan etdi. Amma bu müharibə cəmi 2 həftə çəkdi. Savaş Gürcüstanın torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi.

O zaman nə ABŞ, nə Aİ, nə də NATO Gürcüstanın harayına yetişdi.

Onlar sadəcə hadisələri kənardan müşahidə etdilər və yeganə cəhd etdikləri məsələ Gürcüstanla Rusiya arasında başlanan müharibəni uzatmaq oldu. Lakin köməksiz, zəif Gürcüstan Rusiya qarşısında heç bir ay da tab gətirə bilmədi.

Ümumiyyətlə, tarix göstərir ki, ABŞ və bəzi ölkələr postsovet ölkələrindən hər zaman siyasi alət kimi istifadə edib və bu siyasət bu gün də davam edir. Qərb bu gün hansısa postsevet ölkəsində hansısa sosial-iatisadi problem varsa, onu birbaşa Rusiya ilə bağlamaq istəyir. Guya ki, qışın sərt keçməsi, yayın isti olmasının da günahkarı Rusiyadır.

Təəssüf ki, bəzi ölkələr hələ də Qərbin bu hiyləsinə aldanır. Məsələn, bu gün Ukrayna kimi bir dövlət cəhənnəmə çevrilib. Hər gün yüzlərlə insan ölür, kəndlər, şəhərlər xarabazarlığa çevrilir.

2014-cü ilə qədər Ukraynada “qurdla-quzu bir yerdə otlayırdı”.

Ərazisinə görə Avropanın ən böyük dövləti olan Ukrayna sürətli inkişaf yolunda idi. Heç bir etnik, dini münaqişə yox idi. Yalnız 2014-cü ildə Qərbin təşəbbüsü ilə başlayan rəngli inqilabdan sonra Ukrayna qarışdı. Bir neçə ay ərzində Ukrayna Krımı, Donetsk və Luqansk bölgələrini itirdi.

Bununla belə Qərb dayanmadı. Ukraynanı növbəti fəlakətlərə sövq etdi. Nəticədə 2022-ci ilin fevral ayının 22-də Ukrayna növbəti və sonu görünməyən münaqişəyə cəlb olundu. Bu gün Qərbin istədiyi yeganə məsələ isə bu münaqişənin daha bir neçə il uzanmasıdır.

Səbəbsə çox sadədir...

Qərb bu müahribədə Ukraynanın qələbəsini görmək istəmir. Çünki qalib Ukrayna yeni güc mərkəzi deməkdir. Bu isə Qərbə qətiyyən sərf eləmir. Qərbin istədiyi yeganə şey müharibə vasitəsi ilə həm Ukraynanı,  həm də Rusiyanı zəiflətməkdir. Daha sonra da iki ölkədə Qərbin oyuncağı olan siyasi hakimiyyət formalaşdırmaq hədəflənib.

Qərb parçalanmış yox, zəif Rusiya, zəif Ukrayna görmək istəyir. Bütün postsovet ölkələrinə də bu aqibəti yaşatmaq istəyir. Bu gün Polşa, Latviya, Litva, Estoniya, Çexiya, Slovakiya və digər ölkələr Rusiyanı düşmən gözündə görür. Ukrayna, Moldava və Ermənistanın siyasi hakimiyyəti isə bütün uğursuzluqların səbəbi kimi Rusiyanı göstərirlər.

Gürcüstan isə...

Gürcüstanın siyasi hakimiyyətinin məsələyə fərqli baxışı Qərbi narahat edir. ABŞ və Avropa İttifaqı çalışır ki, Gürcüstanın əli ilə Rusiyaya qarşı ikinci cəbhə açılsın. Lakin Gürcüstanın hazırkı siyasi rəhbərliyi məsələlərə daha real yanaşır. “Gürcü arzusu” münaqişədən yayınmaqla sülh və danışıqlar yolu ilə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə nail olmaq istəyir.

Axı, Gürcüstanın iqtisadi inkişafı Qərbdən yox, regional əlaqələrdən keçir. Ona görə də rəsmi Tiflis balanslaşdırılmış siyasət yürüdür.

Qərb Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır.

Ona görə də Qərb dayanmaq fikrində deyil. Bu təsadüfi deyil. Əgər Qərb Gürcüstandan əlini çəksə, o zaman rəsmi Tiflis Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Ona görə də Qərbin sentyabrın 26-a ciddi hazırlıq görür. Artıq Qərb hərəkətə keçib.

Plana əsasən, oktyabrın 20-də "Gürcüstan Avropa İttifaqını seçir!" aksiyası keçirildi.  Bunun davamı isə oktyabrın 26-dan 27-ə keçən gecə olacaq. Qərb növbəti dəfə Gürcüstanda rəngli inqilab etməyə çalışacaq.

Lakin zaman dəyişib. Yəqin ki, gürcü xalqı oktyabrın 26-da sülhə, davamlı inkişafa və mehriban qonşuluğa səs verəcək. Eyni zamanda, bu ülvi arzulara qarşı çıxanlara da xalq öz layiqli cavabını verəcək...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO