İran səfiri Portuqaliya XİN-ə ÇAĞIRILDI - SƏBƏB

Hazırda oxunan: İran səfiri Portuqaliya XİN-ə ÇAĞIRILDI - SƏBƏB

187498

İranın Lissabondakı səfiri Murtaza Damənpak Cami Portuqaliya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Portuqaliya XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb SEPAH tərəfindən ölkə bayrağını daşıyan gəminin ələ keçirilməsi olub.

Diplomatın nəzərinə Portuqaliya bayraqlı MSC Aries konteyner gəmisinin dərhal azad edilməsinə dair tələb çatdırılıb.
Həmçinin Portuqaliya XİN İran səfirinə ölkəsinin İsrailə qarşı hücumunu şiddətli şəkildə pislədiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO