Nəqliyyat işçilərinin tətili Berlində hərəkəti İFLİC ETDİ

Hazırda oxunan: Nəqliyyat işçilərinin tətili Berlində hərəkəti İFLİC ETDİ

180490

İctimai nəqliyyat işçilərinin genişmiqyaslı tətili Berlində hərəkəti iflic edib və küçələrdə uzun tıxaclara səbəb olub.

Bizim.Media EFE agentliyinə istinadla xəbər verir ki, “Verdi” həmkarlar ittifaqı tərəfindən təşkil olunan tətil metro, avtobus və tramvay işçilərini əhatə edib. Yerli vaxtla saat 3:00-da başlayan tətil martın 1-i saat 14:00-dək davam edəcək.

Eyni zamanda, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya federal əyalətində nəqliyyat işçilərinin daha bir uzunmüddətli tətili keçirilir.
Etirazçılar həftəlik iş satının azaldılmasını, növbələr arasında istirahət vaxtının artırılmasını, gecə və növbə ilə çalışan işçilər üçün əlavə istirahət günlərinin verilməsini tələb edirlər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO