Ukrayna Qərb müttəfiqlərinin verdiyi silahlardan yalnız bu halda istifadə edir - Zelenskidən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Ukrayna Qərb müttəfiqlərinin verdiyi silahlardan yalnız bu halda istifadə edir - Zelenskidən AÇIQLAMA - VİDEO

179746

“Ukrayna Qərb müttəfiqləri tərəfindən verilən silahlardan Rusiya və ya digər dövlətlərin ərazisində deyil, yalnız rusların ələ keçirdiyi Ukrayna torpaqlarında istifadə edəcək”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Əgər bu təyyarə Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi üzərində işləyirsə, biz öz silahımızdan, başqa istiqamətlərdə isə Ukrayna silahlarından istifadə edirik.Ukrayna heçvaxt müvəqqəti işğal olunmuş ərazisindən başqa ərazilərdə tərəfdaş ölkələrdən tədarük etdiyi silahlardan istifadə etmir və etməyəcək. Bizim buna haqqımız yoxdur”, - deyə Zelenski qeyd edib.

Eyni zamanda o, ötən gün vurulan Rusiya A-50-nin Qərbin hava hücumundan müdafiə sisteminin köməyi ilə vurulduğunu açıqlayıb:

"Düşmənlərimizin A-50 və digər təyyarələrinin vurulmasına gəlincə, bu, istənilən halda Ukrayna və tərəfdaşların ittifaqının nəticəsidir".

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO