Onları sosial şəbəkələrdən imtina etməyə çağırdı

Onları sosial şəbəkələrdən imtina etməyə çağırdı

Hazırda oxunan: Onları sosial şəbəkələrdən imtina etməyə çağırdı

17392

İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp futbolçularına sosial şəbəkələrdən istifadə etməməyi məsləhət görüb.

Bizim.Media xəbər verir ki, almaniyalı mütəxəssis ESPN-ə açıqlamasında burada insanların təhqir olunduğunu bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdəki problem hələ də həllini tapmayıb:

"İnsanlar hər hansı hesabın arxasında gizlənib istədiklərini yaza bilirlər. Bu məsələni mümkün qədər tez yoluna qoymaq lazımdır.

Şəxsən mən çox tənqid olunduğum üçün sosial şəbəkələrdən istifadə etmirəm. Sənə kömək etmək istəməyən şəxslərə qulaq asmaq lazım deyil. Bu, mənim oyunçulara məsləhətimdir. Hesabları bağlamaq ən yaxşı qərardır".

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"un baş məşqçisidir.(Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO