Ekspertlər:

Ekspertlər: "BMT Təhlükəsizlik Şurasının iclasında heç bir qətnamə olmayacaq"

Hazırda oxunan: Ekspertlər: "BMT Təhlükəsizlik Şurasının iclasında heç bir qətnamə olmayacaq"

151061

"Böyük Britaniyanın sədrliyi olmasaydı, ermənilər BMT Təhlükəsizlik Şurasının iclasının daha əvvəl keçirilməsi təşəbbüsü ilə çıxış edərdilər. Bu onlara mane oldu, çünki Azərbaycanla bağlı bir çox məsələlərdə Britaniyanın mövqeyini Ermənistanda yaxşı bilirlər".

Bizim.Media xəbər verir ki, bunu minval.az-a açıqlamasında politoloq Əhməd Əlili bildirib.

Onun sözlərinə görə, bu, Ermənistanın BMT Təhlükəsizlik Şurasına birinci deyil, ardıcıl üçüncü müraciətidir.

“Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasına başlamaq niyyətində olduğu barədə siqnallar iyulun ilk günlərində gəlmişdi, lakin həmin vaxt BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edirdi. Düşünürəm ki, məhz bu faktora görə Ermənistan özünü o qədər də inamlı hiss etmirdi. Ermənilər hələ o zaman Laçın yolu ətrafında Azərbaycana təzyiq kampaniyası keçirmək istəyirdilər, lakin Britaniyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi onların qarşısını aldı.

İndi isə sədrlik ABŞ-dadır. Görünür, İrəvan Vaşinqtondan nəsə gözləyir", deyə o, qeyd edib.

“Ancaq bunlar boş ümidlərdir. Ermənilər hesab edirlər ki, Vaşinqton vasitəsilə nəyəsə nail ola biləcəklər, amma bunu düşünmürəm. Digər tərəfdən, avqust ayı Amerika bürokratiyasının “Axilles dabanı”dır, yəni müəyyən sahələrə cavabdeh olan məmurların əksəriyyəti bu ay məzuniyyətə çıxır. Bu, Demokratlar və ya Respublikaçılar üçün öz maraqlarını irəli sürmək üçün sevimli aydır. Bəlkə də buna görə Ermənistan bu ay hərəkətə keçmək qərarına gəlib.

Ermənistan Vaşinqtonun siyasi meydanında ciddi uğur qazana bilmədiyi üçün bu xüsusi vaxtdan istifadə etmək qərarına gəlib. Onu da qeyd edim ki, Vaşinqton daha çox azərbaycanpərəst mövqe tutur.

Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasında əvvəlki iki cəhdi rutin bəyanatlar istisna olmaqla, ciddi nəticə vermədi. Və bu dəfə də belə olacaq. Ola bilsin ki, ABŞ-dakı erməni təbliğatçı və lobbiçilərinin fərqli gözləntiləri var. Belə olmasaydı, üçüncü cəhdə getməzdilər”, deyə analitik bildirib.

Öz növbəsində politoloq Fərhad Məmmədov qeyd edib ki, Rusiya istənilən sənədə qarşı çıxacaq və mətndə öz dəyişikliklərini etməyə çalışacaq.

“Ancaq biz erməni tərəfinin gözləntilərinin nədən ibarət olduğunu başa düşməliyik. Onlar iclasın yekunlarına dair qətnamə almaq istəyirlər. Amma üç növ sənəd növü mövcuddur: ən yüksək səviyyəli qətnamə, sədrin bəyanatı və nəhayət, press-reliz. Sonuncu sadəcə yararsız kağız parçasıdır”, - deyə o, əlavə edib.

Fərhad Məmmədovun sözlərinə görə, qətnamə ilə bağlı böyük suallar yaranacaq:

"Əgər o, qəbul olunarsa, Qərb ölkələri də ona səs verəcəklər. Mövcud şəraitdə, Ukrayna ilə müharibə fonunda hesab edirəm ki, bu, praktiki olaraq mümkün deyil. ABŞ, Fransa və Rusiya razılaşarsa, Böyük Britaniya buna qarşı çıxacaq. Ona görə də maksimum sədrin bəyanatına nail ola biləcəklər, çünki o, ermənipərəst mövqedən çıxış edir”, - deyə o, yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO