Donetskli erməni Rusiyada özəl hərbi şirkət yaradır

Hazırda oxunan: Donetskli erməni Rusiyada özəl hərbi şirkət yaradır

145373

“Arbat” erməni könüllü batalyonunun təşəbbüskarı və sponsoru olan Qorlovka (Ukraynanın Donetsk vilayəti) sakini Armen Sarkisyan onu özəl hərbi şirkəti tipli struktura çevirməyə hazırlaşır.

Bizim Media xəbər verir ki, bu barədə informasiyanı erməni KİV-i yazıb.

Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Sarkisyan Ukrayna və Rusiyadakı bir neçə həbsxanalara “nəzarət” (smotryaşiy) edir. O, şübhəli gəlir mənbələri olan, adı açıqlanmayan rusiyalı iş adamları tərəfindən maliyyələşdirilir.

Qurumun komandiri Qarabağ ermənisi Ayk Qasparyandır.

Moskvada belə bir fikir var ki, “Vaqner” tipli böyük özəl hərbi şirkətin əvəzinə bir neçə kiçik milli strukturlar yaratmaq daha səmərəlidir.

Birincisi, onlarla problem az olacaq, ikincisi, etnik qruplar arasında rəqabət onları daha səmərəli edəcək. 

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO