Almaniya kansleri Ərdoğandan nəyi xahiş edəcək?

Hazırda oxunan: Almaniya kansleri Ərdoğandan nəyi xahiş edəcək?

142749

Almaniya kansleri Olaf Şolz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan İsveçin NATO-ya daxil olmaq istəyini reallaşdırmağı xahiş edəcək.

Bizim.Media "Handelsblatt" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Bundestaqın deputatları qarşısında çıxışı zamanı bildirib.

Onun fikrincə, İsveç NATO-nun tamhüquqlu üzvü kimi Vilnüsdə keçiriləcək sammitdə iştirak etməlidir.

“Mən Türkiyə prezidenti Ərdoğana müraciət edirəm ki, İsveçin yolunu indidən açsın, çünki keçən il Madriddə bununla bağlı birgə qərar vermişdik”, - Almaniya kansleri bildirib.

Xatırladaq ki, İsveç də Finlandiya kimi NATO-ya üzvlük üçün 2022-ci ilin mayında müraciət etmişdi. Finlandiya aprelin əvvəlində üzv olub, İsveç isə hələ də Türkiyə və Macarıstandan razılıq almayıb. 
Bu günlərdə Türkiyə prezidenti NATO sammiti öncəsi İsveçin Alyansa daxil olmasını şübhə altına alıb və yenə də İsveçi terror təşkilatlarına qarşı qəti addım atmamaqda ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO