Türkiyədə daha 2 atom elektrik stansiyası tikiləcək?

Hazırda oxunan: Türkiyədə daha 2 atom elektrik stansiyası tikiləcək?

142608

Türkiyə Sinop vilayətində tikiləcək ikinci atom elektrik stansiyası üçün Rusiya və Cənubi Koreya ilə, Trakya vilayətində tikiləcək üçüncü atom elektrik stansiyası üçün Çinlə danışıqlar aparır.

Bizim.Media TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nüvə Enerjisi və Beynəlxalq Layihələr Baş İdarəsinin rəhbəri Salih Sarı məlumat verib.

S.Sarı onu da bildirib ki, dördüncü atom elektrik stansiyası üçün tədqiqatlar davam edir.

Bundan əlavə, S.Sarı Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının birinci blokundakı işlərin tamamlanmaq üzrə olduğunu qeyd edib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO