Pentaqondan Şoyquya CAVAB: \"Ukraynanın Krımı azad etmək səylərini dəstəkləyirik\"

Hazırda oxunan: Pentaqondan Şoyquya CAVAB: \"Ukraynanın Krımı azad etmək səylərini dəstəkləyirik\"

142572

"Ukraynalılar rusları daha da geri itələmək üçün döyüş meydanında olan texnika və imkanlarla əllərindən gələni edirlər və biz onların suveren ərazilərini geri almaq səylərini dəstəkləyirik". 

Bizim.Media “European Pravda”ya istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sədr müavini Sabrina Sinqx Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Ukraynanın Rusiya və Krıma HIMARS və "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırması ilə bağlı bəyanatını şərh edərkən bildirib. 

O bildirib ki, Krım Ukraynanın bir hissəsidir və ABŞ Ukrayna Silahlı Qüvvələrinin suveren ərazilərini qaytarmaq səylərini dəstəkləyir. 

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ötən gün açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Krıma ABŞ-ın HIMARS və Böyük Britaniyanın "Storm Shadow" raketləri ilə zərbə endirməyi planlaşdırmasını açıqlamışdı. Onun sözlərinə görə, bu, ABŞ və Böyük Britaniyanın birbaşa olaraq müharibəyə qoşulması deməkdir. 

Şoyqu iddia edib ki, Ukrayna yarımadası guya döyüş zonasından kənarda yerləşir, ona görə də Rusiya hərbi rəhbərliyi Krıma mümkün zərbələri ABŞ və Böyük Britaniyanı müharibəyə cəlb etmək kimi qiymətləndirəcək və cavab olaraq “Ukraynada qərar qəbul edən mərkəzlərə” zərbə endirəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO