İki məsələdə Bakı ilə konsensus əldə olunub - Mqer Qriqoryan

Hazırda oxunan: İki məsələdə Bakı ilə konsensus əldə olunub - Mqer Qriqoryan

142567

Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində iki məsələ üzrə yekun anlaşma əldə olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan məlumat verib.

Birincisi, Arazdəyən-Meğri-Horadiz dəmir yolu kommunikasiyaların açılması çərçivəsində ilk layihə ola bilər.

"Hansı marşrutun müzakirə olunduğu hər kəsə aydındır. Bütün tərəflər belə bir fikrə şərikdirlər ki, hazırkı mərhələdə bu, regionun bütün ölkələri üçün ilk mümkün razılaşma və yaxşı həll yolu ola bilər", - o, əlavə edib. 

İkincisi, qarşılıqlı anlaşma var ki, yüklərə nəzarət onların keçdiyi ölkələrin suverenliyi əsasında aparılmalıdır. 

Qriqoryan təsdiq edib ki, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə sərhədlərin delimitasiyası üzrə işçi qrupu çərçivəsində yaxın vaxtlarda görüş barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO