Türkiyəni İran əvəz edir

Türkiyəni İran əvəz edir

Hazırda oxunan: Türkiyəni İran əvəz edir

126799
İran Rusiyaya 1 milyard ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsullarının təchizatı ilə Türkiyəni əvəz edə bilər.xa0

Moderator.az “ВедомоÑx81ти”x9d-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Energetika naziri Aleksandr Novak məlumat verib.xa0


“Türkiyədən təchiz edilən 1 milyard ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları, İran məhsulları ilə əvəz edilə bilər”x9d, - Novak bildirib.

Onun sözlərinə görə, hazırda İrandan meyvə və tərəvəz üçün “yaşıl dəhliz”x9d meydana gətirməyə çalışdığını və bu məhsullar üçün idxal rüsumlarının azaldılmasına baxılır.

Rusiya 1 yanvar 2016-cı il tarixindən Türkiyədən bir sıra qida məhsullarının idxalına qadağa qoyub. Xüsusilə, Türkiyə Rusiyaya çiyələk, portağal, narıngi, üzüm, alma, armud, ərik, şaftalı, nektarinlər, gavalı, moruq təmin etməsi mümkün olmayacaq. Məhdudlaşdırıcı siyahıya tərəvəzlər də (pomidor, xiyar, gül kələm, brokoli, soğan), eləcə də hindtoyuğunun və ev toyuğunun dondurulmuş hissələri daxildir. Türk qərənfili və duz da qadağan olunan məhsullara aiddir.

2015-ci ilin 10 ayında Rusiya Türkiyədən ötən ilin (1,313 milyard ABŞ dolları) müvafiq dövrü ilə müqayisədə 21,2% az, 1,035 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib.

Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO