"31 il əvvəl Rusiya BMT Nizamnaməsi ilə müəyyən edilmiş qanuni prosedurlardan yan keçərək SSRİ-nin BMT Təhlükəsizlik Şurasındakı yerini qəsb edib".
Bizim.Media xəbər verir ki, bunu Ukrayna XİN Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında və bütövlükdə BMT-də mövcudluğunun qeyri-legitimliyi ilə bağlı bəyanatında qeyd edib.
Bəyanatda qeyd edilib ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında və bütövlükdə BMT-də mövcudluğu qeyri-legitimdir:
“Rusiya Federasiyası BMT Nizamnaməsi ilə müəyyən edilmiş prosedurlardan yan keçərək BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsünə keçib. Bu, RSFSR prezidenti Boris Yeltsinin 31 il əvvəl dekabrın 24-də BMT-nin baş katibinə ünvanlanmış adi məktubu əsasında baş verib.
Rusiya Federasiyası heç vaxt üzvlüyə qəbul olunmaq üçün hüquqi prosedurdan keçməyib və buna görə də qeyri-qanuni olaraq SSRİ-nin BMT Təhlükəsizlik Şurasındakı yerini tutur.
Hüquqi və siyasi baxımdan yalnız bir nəticə çıxarmaq olar: Rusiya Sovet İttifaqının BMT Təhlükəsizlik Şurasındakı yerini qəsb edəndir", deyə bəyanatda bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:50 / 26.12.2022
“Rusiyanın BMT-də mövcudluğu qeyri-legitimdir” – Ukrayna XİN-dən BƏYANAT
Hazırda oxunan: “Rusiyanın BMT-də mövcudluğu qeyri-legitimdir” – Ukrayna XİN-dən BƏYANAT
Hazırda oxunan: “Rusiyanın BMT-də mövcudluğu qeyri-legitimdir” – Ukrayna XİN-dən BƏYANAT
111782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.