Macarıstanın baş naziri Viktor Orban yenidən Avropa İttifaqının (Aİ-nin) qərarlarına qarşı çıxıb.
Bizim.Media xəbər verir ki, bu dəfə Orban 2023-cü ildə Ukraynaya 18 milyard avro yardım ayrılması qərarına etiraz edib.
"Biz bu yardımlar üçün Aİ-nin ümumi kredit alınmasının tərəfdarı deyilik. Çünki Aİ-nin ümumi borcları olan dövlətlər birliyinə çevrilməsini istəmirik. Avropa İttifaqını Dövlətlər birliyindən borclular cəmiyyətinə çevirməyə ehtiyac yoxdur”, - deyə Orban qeyd edib.
Nazir bildirib ki, etirazına səbəb ölkəsinin borc ödəmək iqtidarında olmaması ilə bağlı deyil:
“Adətən borcunu ödəyə bilməyən tərəf, Macarıstan deyil, digər Aİ ölkələri olur. Lakin biz təkcə Ukrayna ilə bağlı deyil, digər hallarda da Aİ-nin birgə borclanmasının tərəfdarı deyilik”.
Eyni zamanda baş nazir Aİ ölkələrini Ukraynaya dəstək xərclərini bölüşməyə çağırıb və bildirib ki, hər bir ölkə öz büdcəsindən ayrıca vəsait ödəsin.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:36 / 02.12.2022
Macarıstanın baş naziri yenidən Aİ-yə QARŞI ÇIXDI – Bu dəfə Ukraynaya görə
Hazırda oxunan: Macarıstanın baş naziri yenidən Aİ-yə QARŞI ÇIXDI – Bu dəfə Ukraynaya görə
Hazırda oxunan: Macarıstanın baş naziri yenidən Aİ-yə QARŞI ÇIXDI – Bu dəfə Ukraynaya görə
107572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.