“Koronavirus dünyanın əsl üzünü ortaya çıxardı” - Ərdoğan

“Koronavirus dünyanın əsl üzünü ortaya çıxardı” - Ərdoğan

Hazırda oxunan: “Koronavirus dünyanın əsl üzünü ortaya çıxardı” - Ərdoğan

106715

“COVID-19 pandemiyası dünyanın əsl üzünü ortaya çıxardı. Bəzi ölkələr bundan gəlir əldə etməyə çalışdı”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclasının rəsmi açılış mərasimində çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Türkiyə bu çətin günlərdə köməyə ehtiyacı olan hər kəsə öz əlini uzatdı:

“Belə ki, yardım tələbi edən 161 ölkə və 12 beynəlxalq təşkilata bu tibbi kömək göstərilib. Türkiyə hazırladığı peyvəndi dünya ilə paylaşdı, bunlara Afrika ölkələri də daxildir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO