Türkiyədə avtomobillər üçün sürətli elektrik şarj stansiyaları qurulur

Türkiyədə avtomobillər üçün sürətli elektrik şarj stansiyaları qurulur

Hazırda oxunan: Türkiyədə avtomobillər üçün sürətli elektrik şarj stansiyaları qurulur

106558

Elektrotexnika və mikroelektronika sahələrində böyük yeniliklərə imza atan Türkiyə bu sahədə xidmət sahələrinin genişləndirməyə strateji hədəf kimi yanaşır. Avtomobillər üçün “Esarj” (elektrik şarj) stansiyalarının yaradılması da bu xidmətlər sırasında özünə yer tapır.

Bizim.Media xəbər verir ki, 2023-cü ildə Türkiyənin 81 vilayətinin hamısında sürətli “Esarj” stansiyaları qurulacaq.

Bundan başqa, elektrik mühərrikli avtomobillərin akkumulyatorlarının doldurulması müddətinin qısaldılması hədəflənir.
Hazırda 7,5-8 saat müddətində doldurulan akkumulyatorların sürətli enerji yığması qısa zaman kəsiyində 30 dəqiqəyə, sonra 15, daha sonra isə 5 dəqiqəyə endiriləcək.

Xatırladaq ki, Bursa vilayətinin Gemlik rayonunda inşa olunan Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsal zavodu oktyabrın 29-da açılıb. Müəssisənin illik istehsal gücünün 175 min ədədə çatdırmaq hədəflənir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO