\

\"Qarabağ məsələsində Rusiyanın təklifləri İrəvan üçün məqbuldur” - Paşinyan

Hazırda oxunan: \"Qarabağ məsələsində Rusiyanın təklifləri İrəvan üçün məqbuldur” - Paşinyan

102072

“Qarabağ məsələsində Rusiyanın təklif etdiyi yanaşmalar İrəvan üçün məqbuldur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Soçidə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşdə deyib.

Onun sözlərinə görə, delimitasiya işlərinə başlamazdan əvvəl Ermənistan və Azərbaycan sərhədində təhlükəsizliyin artırılması lazımdır:

“Valdayda siz erməni tərəfinin xeyrinə ifadə edəcəyi prinsipləri dəstəkləyəcəyinizi bəyan etdiniz... Mən bir daha vurğulamaq istəyirəm. Yenə də Qarabağla bağlı Rusiya tərəfindən Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri və parametrləri layihəsinin təklif etdiyi yanaşmalar bizim üçün məqbuldur.

Ümid edirəm ki, bugünkü mümkün mətndə bu sənədə istinad etmək təkliflərini dəstəkləyəcəksiniz. Görüşdən sonra üçtərəfli bəyanat olacaq.

Ermənistanın təklifi hələ də Rusiya tərəfindən dəstəkləndiyinə dair heç bir təsdiq yoxdur. Mən vurğulamaq istəyirəm ki, bu, Praqada əldə olunmuş razılaşmalara zidd deyil. Praqa danışıqları zamanı mən Sizin Qarabağla bağlı ictimai bəyanatlarınızı əsas götürümüşəm”.

Rusiya mətbuatı xüsusi vurğulayıb ki, ikitərəfli görüşdə Paşinyan öz çıxışını vərəqdən oxuyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO