Keçmis siyasi məhbus  - “Mənə də Azərbaycanda sığınacaq verilsin”x9d

Keçmis siyasi məhbus - “Mənə də Azərbaycanda sığınacaq verilsin”x9d

Hazırda oxunan: Keçmis siyasi məhbus - “Mənə də Azərbaycanda sığınacaq verilsin”x9d

98076
Keçmiş müdafiə naziri Rəhim Qazıyevin qardaşı, 6 ildən artıq məhbus həyatı yaşamış Rahab Qazıyev Moderator.az vasitəsilə hüquq müdafiəçiləri Azay Quliyev Novella Cəfəroğluna müraciət edib:

"Azərbaycanda  bu günlərdə anlaşılıb başa düşülməsi çox zor olan elə şeylər baş verir ki, ruslar demiş: “хот Ñx81той, хот падай”x9d. Məsələn,  Azərbaycan dövləti bir neçə gün öncə, öz vətənindən qaçıb bura sığındığı iddia olinan bir erməni siyasətçisinə siyasi sığınacaq verdi. İndi də 50 erməni ailəsinin Azərbaycana gəlməsi haqqında söhbətlər gedir. Belə getsə heç təəcüblənmərəm ki,  günlərin bir günü Azay Quliyev, Siyavuş Novruzov və yaxud Zahid Oruc belə bir təşəbbüslə çıxış eləsinlər ki, gəlin Ermənistanla birləşib bir federativ dövlət quraq, orda insan hüquqları pozulur, Azərbaycan isə dünyada insan hüquqlarıını qorunmasında Amerikadan da öndədir! Mən bizim bu hüquq müdafiəçiləri Azay Quliyevdən və Novella xanım Cəfəroğlindan soruşmaq istəyirəm, doğurdan da siz insan hüquqlarına belə önəm verirsinizsə, onda niyə öz vətəndaşlarımızın addımbaşı, hər gün, hər saat, hər yerdə, aylarla, bəzən də illəilə davamlı olaraq pozulan, ayaqaltı edilərək tapdanan hüquqlarını, erməni vətəndaşlarının hüququnu qoruduğunuz  səviyyənin yarısı boyda da qorumursunuz? 

Azay bəy və Novella xanım!

Mən Qazıyev Rahab Həsən oğlunun  1994-cü ildən bu günə qədər bütün hüquqlarım pozulur, hətta əmək hüququm da. 1994-cü ilin oktyabrında qanunsuz olaraq işdən azad olundum. Sonra isə, həmin ayda, o vaxtki bağlar təsərrüfatının rəisi Tofiq Allahverdiyev məni yanına dəvət etdi və xahiş elədi ki, mənə verilən (Mərdəkanda) bağ sahəsindən imtina ərizəsi yazım. Çox uzatmaq istəmirəm, bu adam yalvarırdı ki, yoxsa məni cəzalandıracaqlar. Mən o insanı çoxdan tanıyırdım. Bir sözlə, mən belə bir ərizə yazıb imtina elədim (yəqin ki, o ərizə arxivdə qalıb). Sonra baş mühəndis işlədiyim “Sənaye İxtisaslaşdırılmış Mexanizasiya”x9d trestinin öz işçiləri üçün tikdirdiyi yaşayış binasında mənə veriləsi olan mənzildən məhrum oldum (ünvan Ziya Bünyatov küç Atatürk prospekti).  Bundan sonra daha irəli getdilər. 1995-ci ilin avqustun 10-da məni həbs etdilər. Bununla kifayətlənməyib 5 yaşında qızım və həyat yoldaşımı həbs edib 3 gün Binəqədi pollis bölməsində saxladılar. 12 avqustda Şəkidə yaşayan əmim oğlanları Fərda və Məmməd Qazıyevlər də həbs olundular. Mənə 3 maddə ilə 8 il həbs cəzası verildi. Guya mən 1994-cü ildə KKB-dən qaçışın təşkilatçısı olmuşam. Amma Rəhim Qazıyev və Arif  Paşayevə  həmin 185-ci maddə ilə aministiya tətbiq edildi, mənə isə hökümdə həmin maddə ilə 6 il cəza kəsildi. Daha sonra 2000-ci ilin oktyabrın 6-da prezident Heydər Əliyevin əfv fərmanı ilə azadlığa çıxdım. 2000-ci ilin noyabrında Şəki hadisələri ilə əlaqəli əmim oğlu Cövdət Qazıyev həbs olundu, hansı ki, o günü o heç Şəkidə olmamışdı və 4 ilik həbslə cəzalandırıldı. 2002-ci il fevralın 28-də 10 saylı islah-əmək müəssəsində dünyasını dəyişdi. 

Azay bəy və Novella xanım!

Mən bu günə kimi təqiblərə məruz qalıram və bütün hüquqlarım pozulur. Əgər doğurdan da siz Bu qədər ədalətli hüquq müdafiəçisinizsə, onda prezident İlham Əliyevdən xahiş edin ki, aşağıda yazdığım mənə qarşı haqsızlıqlar aradan qaldırılaraq,  əlimdən alınan bağ sahəm, mənzilim bərpa olunsun və mənə də sığınacaq verilsin və yaxud işlə təmin olunmağıma yardımçı olsun! 

Azay bəy!

Siz, bütün bunları bəlkə də dərinliyi ilə bilməsəniz də Novella xanım mənim uğradığım haqsızlıqların  incəliklərinin hamısını dəqiqliyi ilə bilir. Amma bir şeyi də bilirəm ki, sizə bu müraciətimin də heç bir nəticəsi olmayacaq. Amma yenə maraq üçün yazdıım. Bir də özümüz özümüzü aldatmasaq yaxşıdır. Öz millətinin içində düşmən ovuna çıxıb, amma əsl düşməni qonaq çağırmaqla ocaq başına çıxarmaq  heç də qəhrəmanlıq deyil! 


P.S. Hörmətli hüquq müdafiəçiləri, yaxşı olardı ki, sizlər prezidentə müraciət edib bütün keçmiş siyasi məhbusların reablitasiya olunmasını xahiş edərdiniz. Bunun, əksər siyasi məhbusların sağlığında və İlham Əliyevin  prezidentliyi dövründə  baş verməsi daha ədalətli olardı. Onsuz da bu, nə vaxtsa baş verəcək. Ancaq  indiki zamanda olsa, mən elə başa düşürəm ki, bu  milli barışığa və ölkənin istər Qərbdən, istər Şimaldan, istərsə də Cənubdan gözlənilən ekspansiyalar qarşısında toparlana bilməsinə  böyük təkan olardı!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO