Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Səhiyyə Naziri Oqtay Şirəliyevə
Abşeron rayonu, Saray qəsəbəsi, Hüseyn Cavid, 5 ünvanında kirayədə yaşayan Rüstəmova Validə Qulam qızı tərəfindən
(tel: 051 59165-99)
ƏRİZƏ
Hörmətli Mehriban xanım!
Hörməli Səhiyyə Naziri!
Mənim həyat yoldaşım - 15.11.1959-cu il təvəllüdlü Rüstəmov Tahir Oruc oğlu 1986-cı ilin avqust ayından noyabr ayınadək Çernobl AES-da baş vermiş qəzanın nəticələrinin ləğv olunmasında iştirak etmiş və bunun nəticələri indiyədək müxtəlif xəstəliklər formasında özünü göstərməkdədir. Yoldaşım 2-ci qrup əlildir.
Onun müalicəsini indiyə qədər öz vəsaitimiz hesabına etmişik, hətta müalicə üçün lazımi dərmanları almağa pulumuz olmadığına görə 2010-cu ildə “Deka Bank”x9ddan illik 36% olmaqla 18 ay müddətinə 5500 manat məbləğində kredit götürmüşük.
Lakin krediti və faizləri vaxtında ödəyə bilmədiyimizə görə Bankın iddiasına əsasən Bərdə rayon Məhkəməsinin qətnaməsi ilə banka olan (8322 manat, 70 qəpik) kredit məbləği kreditin təminatı kimi borcumuz mülkiyyətimizdə ki, yeganə fərdi yaşayış evimizə yönəldilmiş və evimiz hərrac yolu ilə satılaraq banka olan borc ödənilmişdir.
Hazırda evsizik və kirayədə yaşayırıq. Həyat yoldaşımın səhhəti gündən-günə pisləşir və onun ürəyindən təcili əməliyyata ehtiyacı var.
Hörmətli Mehriban xanım!
Hörməli Səhiyyə Naziri!
Sizlərdən həyat yoldaşımın dövlət hesabına ürək əməliyyatına kömək etməyinizi çox xahiş edirəm.
Qoşma: 1. Həyat yoldaşım Çernobıl AES-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etdiyimi təsdiqləyən vəsiqənin surəti ”“ 1 vərəq
2. “Deka Bank”x9ddan 8322,70 AZN kredit məbləğinə görə ailəmizə məxsus Bərdə şəhərində yerləşən 2 otaqlı mənzilimizin hərrac satış yolu ilə satılması barədə Bərdə rayon Məhkəməsinin 10 may 2012-ci il tarixli 2 (021) 664/2012 nömrəli qərarının surəti ”“ 4 vərəq
3. Evimizin satılması və ailəmizin artıq həmin ünvanda yaşamaması barədə Bərdə MTİS-nin 681 nömrəli 22.07.2015-ci il tarixli arayışın surəti ”“ 1 vərəq

































































































