“Koroğluluğumuz dövlətin malına göz tikən məmura qarşı olmalıdır”x9d

“Koroğluluğumuz dövlətin malına göz tikən məmura qarşı olmalıdır”x9d

Hazırda oxunan: “Koroğluluğumuz dövlətin malına göz tikən məmura qarşı olmalıdır”x9d

94470
Bahar rəngarəngdir, qış yekrəngdirxa0

Baharın düşüncəni kamilləşdirmə potensialı daha böyükdür. Baharda olan rəngarəngliyi təsvir etmək üçün biliyimiz və dilimizin söz ehtiyatı çatmaz. Bu səbəbdən də bahar bizə daha xoş gəlir. Və ya düzənliklə müqayisədə dağların kamilliyə təsiri daha güclüdür. Düzənliyi təsvir etmək üçün 10-15 söz kifayət edər. Dağı təsvir etmək üçün çox bol söz ehtiyyatı və ya bilgi gərəkdir. Baharın, dağın və digər zəngin mühitlərin kamilliyə təsir imkanı çox olduğu üçün böyüməkdə olan nəsli belə mühitlə təmasını tez-tez təşkil etmək lazımdır.

İdmanın fəlsəfəsi xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

Şərq və Qərb insanlarının fərqliliyi yaşadıqları təbii mühitin fərqliliyin nəticəsidir. Şərqlilər günəşli və bərəkətli torpaqlarda yaşayırlar. Qərblilərin torpaqları belə deyildi. Bizim torpaqlar bərəkətli olduğundan fərd olaraq biz köməksiz yaşaya bilərik. Qərbdə yaşamaq üçün kollektiv səy lazımdır. Bu səbəbdən də Qərbdə kollektivlik ruhu, Şərqdə fərdlilik ruhu böyükdür. Qərblilər birgə və elmli olmasalar yaşaya bilməzlər. Bu əsas şərt onları özəl qərb düşüncəli edib. Üstəlik, bu düşüncəni artırmaq üçün futbol, voleybol kimi yeni idman növləri də icad ediblər. Axı sevinc bölünərkən çoxalır...

İdman da təhsil, mədəniyyət və digər humanitar sahələr kimi cəmiyyət qarşısında əsas missiyası gəncləri özünə məhəbbətdən millətə, vətənə, dövlətə məhəbətə keçməsinə, başqa sözlə, milli mənafeni şəxsi mənafedən üstün tutmağı öyrətməyə, tərbiyə etməyə xidmət etməlidir. Dövlətin idmana xərclədiyi maliyyənin fəlsəfəsi budur. Sağlam cəmiyyətə çevrilmə yolu budur. Biz idmanı inkişaf etdirməklə, milli ruhu, müstəqil dövlətçilik ruhunu gücləndiririk. xa0
Təhsilli insanlarda milli təəssübkeşlik təhsilsiz insanlardan daha çoxdur. Təhsilin, mədəniyyətin, idmanın digər məqsədlərindən biri insanları neqativ düşüncədən pozitiv düşüncəyə çevirməkdir. İdman sahəsi bu işdə böyük rol oynayır və praktiki əhəmiyyət daşıyır. xa0 xa0
Şərq və Qərb cəmiyyətlərində idman növlərinə diqqət yetirsək görərik ki, şahmat, nərd, güləş və bunun kimi oyunlar Şərq idman növləridir və şərq düşüncəsinin məhsuludur. Futbol, voleybol, basketbol və bunun kimi oyunlar adından göründüyü kimi Qərb idman növləri olub, qərb düşüncəsinin məhsuludur, qərb idman növüdür. İngilislər fərdi qələbənin ləzzətini çoxaltmaq, onu kollektivin qələbəsinə çevirmək üçün futbol, voleybol, basketbol (və b.k.) kimi çox ağıllı oyunlar icad ediblər. Kollektivin qələbəsinin fərdi qələbədən üstünlüyünü ictimai şüura yeritdikdən sonra cəmiyyət sağlam cəmiyyətə cevrilir, dövlətin qüdrəti artır. Çünki ümumi mənafe şəxsi mənafedən üstün tutulur. Bu bəşəri dəyəri ingilislər digər millətlərdən əvvəl başa düşüblər və mənimsəyiblər. İndi bizim borcumuz bu dəyəri mənimsəməkdir.
Güləşdə, boksda və digər fərdi idman növlərində uğur (medal) qazanacağımıza şübhə etmirəm. Amma kollektiv idman növlərində, misal üşün, futbolda, voleybolda uğur qazanmaq üçün çox enerji, çox vəsait xərcləmək, düşüncə tərzində xeyli dəyşilik etmək lazımdır. xa0Viktor Papayev: “Azərbaycan yığmasının sükanı arxasına kimi qoysan da, bundan yaxşı oynaya bilməyəcək”x9d- sözlərin yəqin ki, azarkeşlərin çoxu unutmayıb. xa0Papayevin bu diaqnozuna Napoleonun bir kəlamı ilə cavab vermək olar: “şirdən təşkil olunmuş qoşunun başında qoyun sərkərdə durarsa qoşun basılar; qoyundan təşkil olunmuş qoşunun başında şir sərkərdə durarsa qoşun basılmaz”x9d. Əlavə şərhə ehtiyac duymuram.... xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Futbolun fəlsəfəsi

Deyilənlərin işığında futbola nəzər salsaq, belə nəticəyə gəlmək olar ki, əgər hücumçular qərb düşüncəli, müdafiəçilər şərq düşüncəli olsalar, uğur qazanmağın ehtimalı böyükdür. Bu o demək deyil ki, hücumçular hökmən qərbli olmalıdır. Xeyr, hücumçular şərqli də ola bilər,(əslində milli olmalıdır) ancaq qərb düşüncə tərzli olmalıdır. Namizədlər arasında düşüncə testi aparmaq lazımdır. Hər bir futbolçu özünün qol vurmasını yox, kollektivin udmasını arzu etməlidir. Özünün udmasına yox, kollektivin udmasına sevinməlidir. Özündən razı qalmalı yox, komandadan razı qalmalıdır.xa0

Bu düşüncələri 3.04.09 xa0tarixində saat 17.00 ”“da AFFA baş katibi Məmmədov Elxanla görüşüb bölüşdüm. “Düşüncə tərzi”x9d kitabımı verdim ki, fəaliyyətdə düşüncənin oynadığı rolla yaxından tanış olsun. R. Mirzəyevlə söhbətimdən danışdım. Rəhmətlik Ramiz müəllim bu bilgilərə ümidi böyük idi. Dedim ki, futbolda uduzmağımız milli ruhu öldürür. Ancaq mümkündür ki, bu qüsuru aradan götürək. Bunun üçün ona 1.5 xa0səhifəlik materialı verdim. Dedi: mən sizi dəvət edəcəm. Bunları mütəxəssislərə söhbət edərsiniz. Amma sonra görüşmədik.
Futbolda vəziyyəti düzəltmək üçün fəaliyyət prinsiplərə təzədən baxmağa ehtiyac var.
Futbol çox mürəkkəb oyundur. Halət (vəziyyət) zamandan asılı olaraq hər an dəyişir. Bu oyuna mürəkkəb sistemlər nəzəriyyəsinin işığında baxmaq lazımdır. Belə nəzəri əsasla çox şeyə nail olmaq olar.xa0

1.xa0Sinerqetik xa0yaxınlaşma. Bu yaxınlaşmaya görə futbolda idmançının psixoloji fərdililiyi (durum) nəzərə alınmalıdır. Professionallıq indeksi 0,85 və 0,95 xa0olan iki hücumçudan isə uğur indeksi 0,90 olan iki futbolçu yaxşıdır. Və ya: Özünə məhəbbəti (eqoizmi) yüksək və uğur indeksi yüksək (0,95) olan iki hücümçudan isə, bu göstəricisi 0,90 olan iki alturist hücumçu daha məqbuldur.xa0
2.xa0Himayədarlıq prinsipinə yox, “Obama sindromu”x9dna xa0"hə" demək lazımdır. Akademik oğlunda yaxşı alim alınmadığı kimi, futbolçu oğlundan yaxşı futbolçu alınmaz. Bu sənət irslə ötürülmür. xa0xa0
3.xa0Futbolçuların fərdi ”“psixoloji durumu dəqiq müəyyən edilməlidi. Hər bir futbolçunun şəxsi və ya ictimai mənafe daşyıcısi olduğu dəqiq müəyyən edilməlidir. Bizə həm eqoist, həm də alturist xasiyyətli futbolçular lazımdır.
4.xa0Legionçuluq milli ruhu öldürür. Əhməd Məmmədin uğuruna sevinər, ancaq Əhməd Robertin uğuruna sevinməz. Əksinə, ruh düşgünlüyü yaradar ki, biz qüsurlu millətik. Yaponu xa0yapon edən yapon ruhudur. Elə gürcünü gürcü eddən də milli ruhdur. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0

Bizim futbolda dalbadal uduzmağımız gənclərdə milli ruhu öldürür. Milli təəssübkeşliyi azaldır. Biz milli ruhu yüksəldən, millətçilik hislərini artıra bilən İDMAN növlərinə üstünlük verməliyik. Bu deyilənlərdən belə nəticə çıxarmaq lazın deyil ki, biz futbol kimi idman növlərindən imtina etməliyik. Əksinə, biz orta məktəblərdə belə idman növlərinin tədrisinə daha çox yer verməliyik. Və klub komandaların işi elmi əsaslarla qurulmalıdır. Futbola pulun çox xərclənməsi qələbəyə əsas yaradır, qələbəni təmin etmir. Keçmişdə bizdə gözəl futbol olub, indi də ola bilər.

Nərdtaxtanın fəlsəfəsi

Nərdtaxta gözəl oyundur. Çünki nəticə iki faktordan: birincisi, oyunun incəliyini bilməkdən, ikincisi isə zərin verməsindən, yəni hansı üz - üstə düşməsindən, təsadüfdən asılıdır. Nəticənin ilahi təsadüfdən asılı olması oyunu daha maraqlı edir, oyunun kaloritliyini artırır. Bu oyunu düzgün oynayanda çox maraqlı olur. Zəri qoşalamaqla təsadüfiliyi sıradan çıxartmaqla bu oyunun məğzin heçə endirmək olar. Bu qüsur bizim oyunçular arasında geniş yayılıb. Bu qüsura qalib gəlmək üçün bəzən zəri stəkan vasitəsi ilə atırlar. Bu isə nərdin gözəlliyinə xələl gətirir və insanın insana inamını azaldır. Nə gözəl olardı zəri qoşalamayaydılar...

Mehmanxananın fəlsəfəsi

Bakıda və rayonlarda çoxlu, həm də müxtəlif səviyyəli (ulduzlu) mehmanxanalar var. Xaricilərin idarəçiliyində olan mehmanxanaların çoxu yeni dövrün ruhuna uğun idarə edilirlər.xa0
Sovetlər zamanında bu xidmətdə rüşvətin səviyyəsi yüksək idi. Rüşvət müştəridən (idarə olunandan) mehmanxana müdirinə (idarəedənə) tərəf axırdı. Bu münasibətdə üçüncü subyektin rolu var idi. xa0İndi də mehmanxana idarəciliyinin iki tərəfi (idarə edən və idarə olunan) var, və üçüncü subyektin müdaxiləsi istisna olunur. Sovetlər dövründən fərqli olaraq, liberal idarəetmədə idarə edən tərəf müştəridir, sahibkar deyil.
İnkişaf etmiş ölkələrin mehmanxana otaqlarında doldurulması xahiş olunan anketə rast gəlmək olar. Sahibkarın imza etdiyi anketdə soruşulur ki, sizə yaxşı xidmət etmək üçün əlavə nə təklif edərdiniz? Sualdan da aydın görünür ki, mehmanxana xidmətinin aktiv tərəfi sahibkar yox, müştəridir. Sahibkar çalışmalıdır ki, mehmanxana xidmətinin keyfiyyəti müştərinin xoşuna gəlsin. Burda son söz sahibkarın yox, müştərinindir. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
xa0 xa0
Yazıya bağlılıq
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
“Ya Əli, sözün bəlası yalan, biliyin bəlası unutqanlıqdır”x9d.
xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0
Məhəmməd peyğəmbər

İnsan xarici aləmlə bağlı məlumatları öz hiss üzviləri ilə alır. Praktiki olaraq məlumatın 90%-ni görmə, 9% -ni eşitmə, yerdə qalan1% məlumatı isə digər hiss üzvləri vasitəsi ilə alır. Bu məlumatların hamısını yadda saxlamaq mümkün deyildi, çoxu unudulur. Zaman yaddaşı yeyir. Bu gün gördüyümüz işi, eşitdiyimiz söhbəti, TV - də seyr etdiyimiz verilişi altı aydan sonra yada salmaq mümkün deyildir. Çünki o məlumatlar altı ay ərzində eşitdiyimiz digər məlumatlar və informasiya seli altında itir və batır. Yaddaşı möhkəmləndirmək insani problemdir. Tarixi təcrübədən məlumdur ki, şeir əzbərləmək yaddaşı möhkəmləndirir. Gündəlik qeyd aparmaq yaddaşı bərkidir. Səfərlər zamanı alınan suvenirlər yaddaşı möhkəmləndirir. Təhsil sistemində hədəfə oxumaq yox, öyrənmək götürmək lazımdır. Başa düşdüyümüz yox, bildiyimiz yadda qalır. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Həmyerlimiz dünya şöhrətli fizik L. Landauya görə: “fikir o zaman fikir olur ki, o yazılır, qeyd olunur”x9d. xa0Bizim mənəvi dəyər xəzinəmiz də bu problemlə bağlı qiymətli kəlamlar çoxdur: “Alim oldun yaz, nadan oldun qaz”x9d, “Alim unudular, qələm unudulmaz”x9d. Və ya: “Hafizəyə tapşırılan şey fərar edib gedər, amma yazılan şey qərar tutub qalar”x9d. İslam mədəniyyətində belə dəyərli fikirlər çoxdur. İslam mədəniyyətinə görə yaddaşın iki mənbəyi var: sevgi və qorxu. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0
Türkiyə - xa0Azərbaycan gənclərinin toplantısında çıxış edən TC Azərbaycandakı səfiri belə söylədi: “Turklər tarix yazmırlar, tarix yaradırlar!”x9d Zal bu tezisi gurultulu alqışla qarşıladı. Hesab edirəm ki, bu ritorika idi və təsirli də yaxşı alındı. Ancaq bununla bərabər qeyd etmək lazımdır ki, tarix yaratmaq yaxşı şeydir. Onu yazmaq ondan da yaxşıdır. Çünki öz tarixini özü yazmayan millətə, tarixi digər millətlər öz xeyirlərinə uyğun yazarlar.xa0

Folklorşünas alimlərimiz bizim folklorla çox qürrələnirlər. Mən isə qürur hissi keçirmirəm. Düşünürəm ki, o mahnının, o serin, o folklor nümunəsinin müəllifi yazıya bağlanmış olsaydı, biz ona folklor nümunəsi kimi baxmazdıq, müəllifini tanıyardıq və onunla fəxr edərdik. Öz qüsurumuzu uğur kimi təqdim etmək özü də bir qüsurdur. xa0
Xaricdən gələn müxtəlif səviyyəli xa0nümayəndə heyətini TV vasitəsi ilə seyr etsək, görərik ki, onların əksəriyyəti qeyd aparır. Tərəf müqabil isə ancaq qulaq asır. xa0Xaricilər Dante iradını da yaxşı bilirlər. Bu iradda deyilir: “Diqqətlə qulaq asan o kəsdir ki, qeyd aparır”x9d. xa0 xa0 xa0 xa0 xa0 xa0 xa0xa0

Hesab edirəm ki, hər ziyalının bir can dəftər, bir cib dəftəri olmalıdır. Ürəyinə yatan fikirləri can dəftərinə, xoşuna gələn fikirləri isə cib dəftərinə yazmalıdır. Mən tələbələrimə həmişə deyirəm, yazıya bağlanın! Mənim tanıdığım ziyalılardan yazıya bağlı olanı rəhmətlik prof. Zahid Zaralov idi. Onun can və cib dəftərlərində Azərbaycanın müasir tarixinin böyük hissəsi yatır.xa0
Hər şeyi yadda saxlamaq mümkün olmadığı üçün ulularımız yaxşı deyib: “Elmin afəti ”“unutqanlıqdır”x9d.xa0

Koroğluluğun xa0fəlsəfəsi

Bu dastanın təzədən fəlsəfi ekspertizasına ehtiyac duyulur. Koroğlu kimə qarşı vuruşurdu? Amalı nə idi? xa0
Ədalətsizliyə qarşı vuruşurdu, yoxsa xa0ölkəsini hansısa bir imperiyanın caynağından qoparmaq istəyirdı? Şəxsə qarşı vuruşurdu, yoxsa dövlətə?xa0
Biz indi müstəqil dövlətik. Bizim hər birimiz dövlətimizi qorumalıyıq. Koroğluluğumuz dövlətə qarşı olmamalıdır. Dövlətin malına göz tikən məmura qarşı olmalıdır.
Indiki dövrün koroğluluğu nədir? ”“ sualına belə cavab verərdim: dövlətin müstəqilliyini qorumaq və ərazi bütövlüyün təmin etməkdir. İnanıram ki, həmkarlarımın cavabı daha mükəmməl olar...xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO