Ötən gün Ermənistanla sərhəddə şəhid olan Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçusu Şəmistan Sadıqov Lerik rayonunun Əvilə kəndindəndir.
Bizim.Media xəbər verir ki, hazırda onun dəfni üçün rayonda hazırlıq işləri görülür.
MÖVZU İLƏ BAĞLI:
Səttar Möhbalıyevin yaxın qohumu şəhid oldu - FOTO
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən faktı Bizim.Media-ya təsdiqləyiblər.
Hələlik şəhidin cənazəsi rayona gətirilməyib.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu