813 min şəxsə sosial müavinət və təqaüd ödənildi

813 min şəxsə sosial müavinət və təqaüd ödənildi

Hazırda oxunan: 813 min şəxsə sosial müavinət və təqaüd ödənildi

93361

Yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə Bizim.Media-ya Nazirlikdən xəbər verilib.

Bildirilib ki, onlardan 446 mini sosial müavinətlə, 367 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz çox olmaqla 532 mln. manat, Prezident təqaüdləri üzrə 28 faiz çox olmaqla 354 mln. manat ödənilib.
Bu ilin 8 ayında 168,5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO