Tanınmış psixoterapevt Elmir Əkbər bəyan edib ki, “həcilər” bir zamanlar qızlara gözəllik salonu açırdılar. İndi isə həmin şəxslərin bu mərkəzi işlətməyə mənəvi haqqının çatıb-çatmadığının fərqinə varmadan onlara psixologiya mərkəzi açırlar.
Deyilən fikir nə qədər subyektiv olsa da hər halda obyektiv mənzərəni təcəssüm etdirir. Son illər ən çox fəaliyyətə başlayan sahibkarlıq sahələrindən biri də psixologiya mərkəzləridir.
Bəs, bu psixologiya mərkəzlərinin açılmasında “həcilər”in rolu nə qədərdir?
Məsələyə tanınmış psixoloq Gülnar Orucovanın fikirlərini öyrəndik. O, Bizim.Media-ya açıqlamsında maraqlı fikirlər səsləndirdi:
“Əvvəla onu deyim ki, qadıınlar “həcilər”ə “yeriyən pul” kimi baxır. Yəni istənilən qadın “həci”yə şərt qoyur ki, sən mənə nə eliyəcəksən ki, mən səninlə yaxınlıq edim. Bu mənada Elmir Əkbərin dediklərində müəyyən həqiqət var.
Əgər yerindən duran “psixoloq” olursa və “həci” də ona “gəl sənə mərkəz açım” deyirsə, bu başqa cür necə ola bilər ki?!
Əvvəllər, gözəllik salonları açırdılar, indi də psixoloji mərkəz dəbə minib. Psixologiya elmini eləyiblər intim münasibətlər subyekti. Amma “həcilər” bir şeyi yaddan çıxarmasınlar ki, bu qadınlar onun yanında mənliynə, şəxsiyyətinə və kişiliyinə görə yox, puluna görə dururlar.
MÖVZU İLƏ BAĞLI:
Aqressiv davranışlarımızın SƏBƏBİ NƏDİR? – Psixoloqdan maraqlı CAVAB
Baxırsan ki, gənc bir qadın 60 yaşında “həci” ilə münasibət qurur, “həyat yoldaşımdır” deyir. Çox təəssüf ki, bu gün qadınlar “həci” ovuna çıxıb. Baxırsan ki, gözəl-göyçək xanımdır. Amma atası, bəzənsə babası yaşda adamla pula görə münasibət qurur”.
Gülnar Orucova bu sahəyə dövlət nəzarətinin olmamasından da gileyləndi:
“Psixologiya sahəsinə hər hansı bir qurumun nəzarəti yoxdur. Nəzarət olmadığına görə istənilən adam psixoloji mərkəz aça bilir. Təbii ki, mərkəz açanların çoxunun da azdan-çoxdan bu sahə ilə heç bir əlaqəsi olmur.
Xaricdə hətta universiteti bitirinləri belə psixoloq kimi qəbul etmirlər. Amma bizdə ali təhsilin olmasa belə özünü psixoloq kimi elan edə bilirsən.
Bu gün arxitektor, stüardessa, fizika müəllimi özünü psixoloq kimi təqdim edir. Ən pisi də odur ki, pul hesabına televiziya ekranlarında onlar geniş reklam olunur.
Məsələn, mən ali təhsilli psixolaqam, öyrənməkdən dayanmıram. Davamlı olaraq ixtisasartırma kurslarına qatılıram. Bununla belə mənim qəbulum 40 manatdır, amma mənşəyi bəlli olmayan “yaşam koçları” nın “məzunları 100-150 manata xəstə qəbul edir”.
Surxay Atakişiyev, Bizim.Media