Sosial şəbəkələrdə böyüyən GƏNCLİK: “5-10 ilə amorf varlığa çevriləcəyik” – EKSPERTDƏN SOS

Sosial şəbəkələrdə böyüyən GƏNCLİK: “5-10 ilə amorf varlığa çevriləcəyik” – EKSPERTDƏN SOS

Hazırda oxunan: Sosial şəbəkələrdə böyüyən GƏNCLİK: “5-10 ilə amorf varlığa çevriləcəyik” – EKSPERTDƏN SOS

90446

İctimai müşahidələr onu göstərir ki, 2012-2017-ci illər arasında sosial şəbəkələrdə gənclərin kitab, teatr, film paylaşımları daha çox yer alırdı. Sonuncu beşillikdə isə sosial paylaşımlar geyim, istirahət, əyləncə ilə bəzənib. 

Səbəb nədir? Belə baxanda, 2017-2022-ci illərdə daha çox faciələr baş verdi. İqtisadi krizisdən tutmuş, müharibə və pandemiyaya qədər hər şey. Deyək ki, dünya daha çox böhran vəziyyətindədir, bəs onda bu “aclıq olsun, keyf olsun” paradı nədən qaynaqlanır? 

Bizim.Media-ya məsələnin şərhini verən sosioloq Elçin Bayramlı son 20 ildə gənclərə ancaq əyləncə, istirahət, zövq almaq təbliğ olunsa da, kitab oxumaq, əylənmək təbliğ olunmadığını qeyd edib:

“Nə qədər gəncsən, əylən, gəz, dolaş - həyatını buna həsr elə deyirlər. Valideynlər də çox dəyişib, ehtiyac olmadığı halda 7-8 yaşlı qızlara kitab almaq yerinə, smartfon alıb verirlər ki, internetdə hər cürə mundar şeylərlər rastlaşsınlar.
Müasirlik adı altında maddi dəyərlərin önə çəkilməsi, mənəvi dəyərlərin yox olması bir nəslin məhvinə gətirib çıxara bilər. Seriallar, şou-verilişlər, mənfi obrazların nümunəsində pozğunluğu təblik etməklə gəncləri buna həvəsləndirirlər. Artıq bizim yeniyetmələrimizin 90%-i milli kino, folklor, mahnılarımızdan bixəbərdirlər”.  

Ekspert bildirir ki, milli olan şeylərə sanki qıcıq var:

“Əksəriyyət milli mədəniyyət elementlərini lağa qoyurlar. Saza, muğama, xalq mahnılarına qulaq asanları lağa qoyurlar. Beləcə, biz milli ötürücülüyümüzü itiririk. Elə bil qəsdən nəsildən-nəsilə ötürdüyümüz milli dəyərlərimizə stop qoyuruq, ötürmürük.

Gənclərimizi yad mədəniyyətlərin təsiri altına buraxmışıq, onlara tam sərbəstlik vermişik. Teatr, kitabxanaya gedənlər, metroda qəzet, kitab oxuyanlara praktiki olaraq rast gəlmək mümkün deyil”.
E.Bayramlı intellektual yarışların formatında olan dəyişiklikdən də söz açıb.

“Gənclər arasında keçirilən yarışlar da ancaq əyləncə xarakteri daşıyır. İntellektual yarışlarda belə verilən suallar elmə əsaslanmır, çox vaxt lazımsız, mənasız şou mövzulara aid olur. Belə getsə, 5-10 ildən sonra amorf bir varlığa çevriləcəyik”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO