Quba və Şabranda yanğın tam söndürüldü - FOTO

Quba və Şabranda yanğın tam söndürüldü - FOTO

Hazırda oxunan: Quba və Şabranda yanğın tam söndürüldü - FOTO

89636

Ötən gün Şabran rayonunda müşahidə edilən tüstülənmə ocaqları söndürülüb.

Bu barədə informasiya Bizim.Media-ya Şabran RİH-dən verilib.

MÖVZU İLƏ BAĞLI:

Siyəzən və Qubada yanğınlar nəzarətə götürüldü – FOTO/VİDEO
 

Bununla belə, FHN-in yanğınsöndürən avtomobilləri ərazidə növbə çəkməyi davam etdirirlər.

Qubada da eyni vəziyyətdir. Rayon icra hakimiyyətindən bildirilib ki, Vəlvələ, Qasımqışlaq və Təngəaltı kəndlərində  tüstülənmə ocaqları zərərsizləşdirilib.

Ancaq texnikalar ərazini tərk etməyib, hər hansı tüstü, alov qeydə alınacağı təqdirdə tez söndürmək üçün növbə çəkirlər.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO