Aqressiv davranışlarımızın SƏBƏBİ NƏDİR? – Psixoloqdan maraqlı CAVAB

Hazırda oxunan: Aqressiv davranışlarımızın SƏBƏBİ NƏDİR? – Psixoloqdan maraqlı CAVAB

89064

Qəribə millətik. Qətiyyən ironik və aşağılayıcı tərzlə yanaşmıram. Son günlər, ondan əvvəlki günlər, lap əvvəlki günlər, elə 100 il qabağa da “eşşəyi qoyub palanı döymüşük” və həyatımızı ancaq gərgin anlarla yaşamağa adət eləmişik.

Elə indi də hamının sifətindən bir aqressiya, qəzəb yağır. İctimai yerlərdə əksəriyyətimiz bir-birlərimizlə adi etiket qaydalarını belə gözləmirik.

Ən xırda məsələyə anında əsəbi reaksiya veririk.

Nə baş verir, bu xas xüsusiyyət nəyin təzahürdür?
 

MÖVZU İLƏ BAĞLI:

“Bürclərə görə əməliyyata girib, uşaq dünyaya gətirənlər var” – PSİXOLOQ 


Məsələ ilə bağlı tanınmış psixoloq Gülnar Orucovla həmsöhbət olduq.

O Bizim.Media-ya bildirdi ki, hətta iqtisadiyyatı, sosial durumu bizdən pis olan bəzi ölkələrdə insanların üzündə daim təbəssüm var:

“Amma bizdə elə deyil. Məncə bu bizim mental dəyərimizlə bağlıdır. Bizim cəmiyyətdə insanlar hansısa problemə həddindən artıq fokuslanırlar. Ona görə də roblemin orbitindən çıxa bilmirlər. Halbuki, həmin insan o problemi kiminləsə məsləhətləşib asanlıqla aradan qaldıra bilər. Amma insanlarımız bunu etmir.

Özlərinə qapanır, ən xırda məsələni belə qloballaşdırırlar. Təbii ki, insanın psixoloji durumu ilk növbədə onun sifətindən və baxışlarından sezilir.

Lakin, bir şeyi unuduruq: “yüz fikir bir borcu ödəmir”, hər şey olacağına varır. Bizim dilxorçuluğumuz, gərginliyimiz əslində problemi bir qədər də qəlizləşdirir”.

Tanınmış psixoloq onu da söylədi ki, məsələnin digər tərəfi ondan ibarətdir ki, bəzi mental dəyərlərimiz insanlarda səmimi olmaq istəyini aradan qaldırır:

“Məsələn, bizdə kiminsə üzünə güləndə, səmimi olmağa çalışanda çox zaman bu düzgün qiymətləndirilmir. Belə vəziyyətdə bizlərin çoxu bu təbəssümü fərdiləşdirir, özününküləşdirir. Və həmən qarşı tərəfə hansısa təklifdə bulunur. Mən psixoloqam. Mənim də küçədə gedərkən üzümdən təbəssüm yox olur.

Mən ancaq iş yerimdə və ailəmdə ətrafıma təbəssümlə davranıram. Çünki, mənim səmimiyyətim kiminsə eqosunu qaldırır. Bu isə mənə xoş gəlmir. Ona görə də ictimai yerlərdə daha çox zabitəli görünməyə çalışıram”.

Gülnar Orucova sonda onu da əlavə etdi ki, hamımızın təmənnasız sevgiyə və diqqətə ehtiyacı var:

“İnsanlarımız sevgiyə acdır, diqqətə və həssas davranışa möhtacdır. Ona görə də gəlin bir-birimizə sevgimizi əsirgəmiyək. Problemlərimizi və sevincimizi ətrafımızla ürəklə bölüşək. Sevincimiz paylaşdıqca çoxalır, axı...”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO