Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəsÂxadsisələrinin boş qalan yerləri üzrə avqustun 4-dən 10-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
TQDK-nın mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan və ya qəbul olduğu təhsil müəssisəsində müəyyən olunmuş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılır.
İmtahan nəticələrinə görə, orta ixtisas təhsili müəsÂxadsisəÂxadlərinə qəbul olub qeydiyyatdan keçən abituriÂxadyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur. İxtisas seçmək hüÂxadququ olan abituÂxadriÂxadyent orta ixtisas təhsili müəssisələÂxadrinin dövlət hesaÂxadbıÂxadna və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas koduÂxadnu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "AbituriÂxadyentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.
İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyÂxadyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiÂxadqədən keçdiyi ixtisasların birinÂxadcisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentÂxadlər müsabiqəyə buraxılmayacaqlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasları TQDK tərəfindən yaraÂxaddılÂxadmış müvafiq Qeydiyyat Komissiyasında mayın 20-dən iyunun 2-dək qeydiyyatdan keçmiş abituriyentlər seçə bilər.
“Xanəndəlik”x9d, “Vokal sənəti”x9d, “Dizayn”x9d, “Təsviri incəsənət müəllimliyi”x9d, “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması”x9d, “Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi”x9d, “Dekorativ tətbiqi incəsənət və xalq sənəti”x9d, “Bədii yaradıcılıq işi”x9d ixtisaslarını iyulun 7-dən 11-dək keçirilmiş seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul”x9d almış abituriyentlər seçə bilərlər.
Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər. Boş qalan ixtisasların siyahısı “Abituriyent”x9d jurnalının xüsusi buraxılışında təqdim olunacaq.






























































































