Bayraq meydanının keçmiş rəisindən nə xəbər var?

Bayraq meydanının keçmiş rəisindən nə xəbər var?

Hazırda oxunan: Bayraq meydanının keçmiş rəisindən nə xəbər var?

87986
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport”x9d şirkətinin sahibi Rəşad Məmmədovla görüşəcək. 

Bu barədə AzVision.az-a E.Behbudov özü məlumat verib. 

O, görüşün yaxın günlərdə baş tutacağını deyib: “Səbail Rayon Məhkəməsində onun barəsində həbs-qətimkan tədbiri seçilib. Rəşad Məmmədov dövlət tərəfindən vəkillə təmin olunub və hazırda istintaq aparılır. Görüş zamanı onun səhhəti və saxlanma şəraiti ilə də maraqlanacağam”x9d. 

Qeyd edək ki, R.Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. 

Keçmiş “bayraqdar”x9da qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO