Lökbatanda batan 2 nəfərdən birinin cəsədi dənizdən çıxarıldı - FOTO

Lökbatanda batan 2 nəfərdən birinin cəsədi dənizdən çıxarıldı - FOTO

Hazırda oxunan: Lökbatanda batan 2 nəfərdən birinin cəsədi dənizdən çıxarıldı - FOTO

86180

Xəbər verdiyimiz kimi, 2 gün öncə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dəniz sahilində 2 nəfər, Nicat Allahverdiyev Sübhan Zöhrabov balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.

Bizim.Media xəbər verir ki, qəsəbənin Mayak adlanan ərazisində baş verən hadisə zamanı batanlardan birinin - Nicat Allahverdiyevin meyiti aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Lökbatanda balıq tutan 2 nəfər dənizdə batdı – Axtarışlar davam etdirilir


Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, onun meyiti bu gün səhər saatlarında batdığı yerdən, təxminən, 200 metr aralıda aşkarlanıb.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən Sübhan Zöhrabovun axtarışları davam etdirilir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO