Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində dəniz sahilində 2 nəfər, Nicat Allaheverdiyev və Sübhan Zöhrabov balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batıb.
Bizim.Media xəbər verir ki, hadisə qəsəbənin Mayak adlanan ərazisində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Dənizdə batan şəxslərin kimliyi BƏLLİ OLDU - Biri şəhid oğlu, digəri qazi imiş
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu 6 nəfər şəxsi heyətlə axtarışlara cəlb olunub. Axtarışlar dünən 19.03-də başlayıb. Qeyri sabit küləkli hava şəraiti səbəbindən su nəqliyyatı vasitəsini suya salmaq mümkün olmayıb.
Getdikcə güclənən şimal küləyi və havanın qaralmasını əsas götürərək saat 20.05-də axtarışlar dayandırılıb.
Bu gün səhər saat 7.00-dan yenidən başlayan axtarışlar hal-hazırda da davam etdirilir.
Bizim.Media