Rusiyada

Rusiyada "Britaniya" koronavirus ştammı üzə çıxdı

Hazırda oxunan: Rusiyada "Britaniya" koronavirus ştammı üzə çıxdı

8045

Rusiyada əvvəllər Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyasının yeni ştammı ilə xəstəliyin ilk halı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un rəhbəri Anna Popova məlumat verib.

Popova bildirib ki, xəstəlik Böyük Britaniyadan qayıdan şəxsdə aşkarlanıb və o, təcili karantinə alınıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının eksperti Mariya van Kerkxove bildirib ki, yeni növ COVID-19 adi variantdan 70 faiz daha sürətli yayılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO