Lənkəranda avtomobilin öldürdüyü şəxsin kimliyi açıqlandı

Lənkəranda avtomobilin öldürdüyü şəxsin kimliyi açıqlandı

Hazırda oxunan: Lənkəranda avtomobilin öldürdüyü şəxsin kimliyi açıqlandı

66240

Lənkəranda avtomobil piyadanı vurub hadisə yerindən qaçıb.

Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Vilvan kəndi ərazisində baş verib. Gecə yarısı yolda hərəkət edən  avtomobilin sürücüsü yolda yıxılıb qalan şəxsin olduğunu görüb. 

Sürücü yerdə yıxılıb qalan şəxsin avtomobil vurması nəticəsində xəsarət aldığını anlayıb. Həmin şəxsi öz avtomobilinə qoyaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirib. Lakin yaralının üzərində həyat əlamətləri olmadığı müəyyən edilib. 

Hüquq mühafizə orqanlarının əməkdaşları avtomobil vurması nəticəsində dünyasını dəyişən şəxsin kimliyini müəyyənləşdirib.

Mərhum 1965-ci il təvəllüdlü Viravul kənd sakini Maşallah Aydın oğlu Hüseynovdur. O, Vilvan kəndindəki restoranda aşbaz işləyirmiş.

Hadisə işdən çıxıb evə gedərkən baş verib. Qəzanı törətməkdə şübhəli bilinən sürücünün tapılması istiqamətində araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO