Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

Hazırda oxunan: Yazıçılar Birliyində CANLANMA - Bu dəfə kimlərə xəbərdarlıq ediləcək?

606359

Bu ilin əvvəlində Azərbaycan Yazıçılar Birliyindən (AYB) üzvlük haqqını ödəməyənlərin çıxarılması müzakirələrə səbəb olsa da, zaman göstərdi ki, vacib atılmalı addımlardan idi. Çünki bu addım həm məsuliyyət və nizam-intizamın gücləndirilməsi, həm də qurumun daxili qaydalarına olan sayğı kimi dəyərləndirilir.

Xatırladaq ki, bu ilin fevralında 30-a yaxın üzv AYB-nin sıralarından xaric edilib.
 

MÖVZU İLƏ BAĞLI:

AYB dediyini etdi: Üzvlük haqqı ödəməyənlər təşkilatdan ÇIXARILDI


Uzun illər üzvlük haqqına laqeydliklə yanaşanlara qarşı “təmizlənmə”dən sonra ödənişlərdə canlanma yaranıbmı?

AYB-nin mətbuat katibi Xəyal Rza Bizim.Media-nın sualına cavab olaraq bildirdi ki, bəli canlanma var, müsbət yöndə irəliləyiş müşahidə olunur.

“Biz ümumiyyətlə 2020-ci ilə qədər olan bütün borcları silmişdik. Yalnız 2020-ci ildən bu yana borclarının ödənilməsi tələb olunurdu. Bunun üçün qabaqcadan xəbərdarlıq etdik. Ödəməyənlər fevral ayında Birliyin sıralarından xaric edildi. Bundan sonra canlanma yarandı və qurumun bu sərt qərarından nəticə çıxaran digər üzvlər də ödəniş etməyə başlayıblar. “
 

AYB bu addımla kifayətlənəcəkmi, yoxsa növbəti mərhələdə yenidən çıxarılma ehtimalına gəlincə isə X.Rza diqqətə çatdırdı ki, katibliyin növbəti iclaslarında yenidən ödəniş etməyənlərə xəbərdarlıq olunacaq”.


Qeyd edək ki, Yazıçılar Birliyində illik üzvlük haqqı 15 manatdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO