Yaşasaydı hazırda 55 yaşı olacaqdı. Lakin o sevdiklərini yaşatmaq, vətəni qorumaq üçün şəhid oldu...
Söhbət Qubadlı rayonunun ilk şəhidi Mehman Ağayarovdan gedir.
Mehman Ağayarov 55 il əvvəl Şərqi Zəngəzurda - Gorus rayonunun Şurnuxu kəndində anadan olub. Onun uşaqlıq və yeniyetməlik dövrü Şurnuxuda keçib. Lakin erməni millətçilərinin başlatdığı sonuncu deportasiyada Mehman Ağayarov ailəsi ilə birlikdə dədə-baba ocaqlarından didərgin düşdü. 1988-ci ildə Mehmanın ailəsi Qubadlıya gəldi. Doğma kəndlərindən uzağa getməyi düşünmədilər. Zənn edirdilər ki, iğtişaşlar tezliklə səngiyəcək və onlar da yenidən doğma Şurnuxuya dönəcəklər.
Amma soydaşlarımızı doğma yurdlarından didərgin salan Ermənistan Qarabağa, Şərqi Zəngəzura da göz dikmişdi. Təbii ki, doğma yurd həsrəti, gördüyü erməni vəhşiliyi Mehmanı rahat buraxmırdı. Ona görə də Qubadlı rayonunda ilk yaranan könüllü özünümüdafiə batalyonuna üzv yazıldı.
Batalyon komandiri, Milli Qəhrəman Əliyar Əliyev döyüşçü ruhunu və ərazini yaxşı tanıdığını görüb Mehmanı kəşfiyyatçı qrupuna yazır. Mehman Ağayarov Rayonun Əliquluuşağı, Taroğlu kəndlərinin müdafiəsində böyük şücaətlər göstərir. 1992-ci ilin fevralında Məlikəhmədli kəndi uğurunda gedən döyüşlərdə şəhid olur.
Ancaq onun xatirəsi hələ də həm xalqımız, həm də yaxınları tərəfindən ehtiramla yad edilir.
Şəhidimizin yaxınları Mehman Ağayarovla bağlı xatirələrini Bizim.Media ilə bölüşüb, onun döyüş yolundan bəhs ediblər.
Daha ətraflı videoda:
Surxay Atakişiyev, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:30 / 13.03.2026
Yaşasa idi, 55 yaşı olacaqdı... – Qubadlının ilk hərbi şəhidi Mehman Ağayarovun DÖYÜŞ YOLU – VİDEO
Hazırda oxunan: Yaşasa idi, 55 yaşı olacaqdı... – Qubadlının ilk hərbi şəhidi Mehman Ağayarovun DÖYÜŞ YOLU – VİDEO
Hazırda oxunan: Yaşasa idi, 55 yaşı olacaqdı... – Qubadlının ilk hərbi şəhidi Mehman Ağayarovun DÖYÜŞ YOLU – VİDEO
601391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































