“Bu gün Azərbaycanın qazla təminat 96,6 faizdir. Bölgələrdə isə 94,7 faizdir və bu, yüksək nəticədir. Azərbaycan dünyada əhalinin qazla təminatı nöqteyi-nəzərindən birinci yerdədir. Bunu fakt kimi deyirəm. Sadəcə Cəlilabadla bağlı bəzi məqamları dilə gətirmək istəyirəm. Cəlilabadın118 kəndi var. Lakin onların təxminən 60-a yaxınında qazlaşdırma problemi qalmaqdadır. Bütövlükdə 5429 abonentin bu günə kimi qaz təminatı yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
O, İranla sərhəd kəndlərinin sosial-iqtisadi inkişafı ilə bağlı hər hansı layihənin həyata keçirilməsini xahiş edib:
“Çünki həmin ərazilərdən əhalinin köçməsinə imkan vermək olmaz. Bu, bizim üçün həyati əhəmiyyət kəsb edən məsəədir. Sərhədyanı bölgələrdə əhalinin sayının azalmasına yol verməməliyik”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:32 / 13.03.2026
Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI
Hazırda oxunan: Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI
Hazırda oxunan: Elman Nəsirov Cəlilabadın qaz problemindən DANIŞDI
601348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































