Qubanın ta Çar Rusiyasından qalmış üç yaşayış məntəqəsinin sovetdən qalma rus mənşəli adı da tarixə qovuşur. Bundan belə rayonun Vladimirovka kəndinin adı Elbir ,Timiryazev kəndinin adı Bəhrəli , Alekseyevka kəndinin adı isə Çinarlı adlandırılacaq. Hazırda Milli Məclisdə Qubadan gələn vəsadətin müzakirəsi aparılır və qanun layihəsi hazırlanır.
Bizim.Media-nın çəkiliş qrupu sözügedən kəndlərdə olub, yerli sakinlərin yaşadıqları kəndin adının dəyişdirilməsinə münasibətini öyrənib.
MÖVZU İLƏ BAĞLI:
Üç kəndin adı dəyişdirilir – SİYAHI
Quba-Xaçmaz yolunun üstündə yerləşən Alekseyevka və Timiryazev kəndlərinin sakinləri sən demə uzun müddətdir bu adların dəyişdirilməsini arzulayıblar.
Qeyd edək ki, coğrafi adların dəyişdirilməsi 2002-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun 10 -cu maddəsində yer alıb. Qanunun 10.1 maddəsində bildirilib ki, Azərbaycanda coğrafi obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum tərəfindən müəyyən edilir. Bu baxımdan Qubadakı 3 kəndin sovetdən qalma adının gec də olsa dəyişdirilməsi qərarı çox məqsədəuyğundur.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim.Media, Şimal bürosu





























































































