Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Urva kəndində Vətən müharibəsi şəhidi Mayıl Kürəbəyovun atası Kamran Mayıl oğlu Kürəbəyovun dəfn mərasimində iştirak ediblər.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, mərasimdə iştirak edənlər mərhumun ailə üzvləri və yaxınları ilə görüşərək onlara dərin hüznlə başsağlığı verib, səbir arzulayıblar.
Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış igidlərimizin xatirəsi xalqımız tərəfindən daim böyük ehtiramla yad olunur.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
20:13 / 12.03.2026
Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO
Hazırda oxunan: Vətən müharibəsi şəhidinin atası VƏFAT ETDİ - FOTO
601204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































