Bu enerji içkilərində təhlükəli maddə AŞKARLANDI – RƏSMİ – FOTO

Bu enerji içkilərində təhlükəli maddə AŞKARLANDI – RƏSMİ – FOTO

Hazırda oxunan: Bu enerji içkilərində təhlükəli maddə AŞKARLANDI – RƏSMİ – FOTO

600760

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun olaraq həmin məhsul partiyaları məhv edilib, həmçinin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq edilib.

Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib.

Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkarlanmış məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.
 

Eyni zamanda, Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 millilitr həcmli içkilərdən (istehsal tarixi 20 iyul 2025-ci il - son istifadə tarixi 20 iyul 2027-ci il) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib.


Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib.

Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib.

“Məlumat üçün bildiririk ki, həmin kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO