Salyanda obyektə çırpılan avtomobil YANDI

Salyanda obyektə çırpılan avtomobil YANDI

Hazırda oxunan: Salyanda obyektə çırpılan avtomobil YANDI

599984

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus “CHEVROLET COBALT” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtomobilin idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kv.m. olan, fəaliyyət göstərməyən obyektə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən edilib.


Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu, mühərriki və obyektin dam örtüyü 10 kv.m. sahədə yanıb.

Avtomobilin və obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO