Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində - FOTO

Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində - FOTO

Hazırda oxunan: Leyla Əliyeva və Arzu Əliyeva iftar mərasimində - FOTO

599719

Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

Bizim.Media xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ramazan ayının əhəmiyyəti barədə danışıb, Azərbaycandakı dövlət-din münasibətləri və dini tolerantlıq mühitini qeyd edib. Bildirib ki, Azərbaycan dünyada İslam dəyərlərini, maraq və mənafelərini müdafiə edən, İslam həmrəyliyinə mühüm töhfələr verən, islamofobiyaya qarşı qətiyyətli mövqe nümayiş etdirən dövlətdir.
 

Sonra Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər qonaqlar çıxış ediblər. Çıxışlarda Azərbaycanın beynəlxalq səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilib, ölkəmizin bu sahədə nümunəvi model formalaşdırdığı vurğulanıb.


Daha sonra iftar süfrəsi açılıb.








































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO