MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

Hazırda oxunan: MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış etdi

598956

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.

"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq. Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - deyə açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO