FAKTİKİ HAVA: Qar, yağış, külək...

FAKTİKİ HAVA: Qar, yağış, külək...

Hazırda oxunan: FAKTİKİ HAVA: Qar, yağış, külək...

598953

Azərbaycanda martın 1-i saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunub.
 

Qarın hündürlüyü Şahbuzda 39, Xınalıq, Qrızda 31, Şəkidə 30, Zaqatalada (Əlibəy) 29, Qusar (Laza) 22, Şahdağda 18, Lerikdə 15, Xaltanda 14, Qax (Sarıbaş), Daşkəsəndə 13, İsmayıllı (İvanovka), Qəbələdə 10, Qubada 9, Gədəbəydə 8, Altıağac, Yardımlı, Oğuzda 5, Qobustanda 4 sm, Şamaxı, Göygöldə 2 sm-dir.


Düşən yağıntının miqdarı Göyçayda 15, Balakəndə 12, Şahbuzda 10, Tovuz, Şabranda 8, Ağstafada 5, Mingəçevir, Goranboyda 4, Bakıda və Abşeron yarımadasında, eləcə də Şəmkir, Kürdəmir, Lənkəran, Astara, Ağdamda 3, Naxçıvan, Gəncə, Tərtərdə 2, Ceyrançöl, Culfa, Ordubad, Naftalan, Ağsu, Bərdə, Yevlax, Sabirabad, Neftçalada 1mm-dir.

Şərq küləyi əsib, küləyin maksimal sürəti Neftçalada 20, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Balakən, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qobustan, Qrız, Göyçayda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR 1, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO