Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

Hazırda oxunan: Göygöl məktəbliləri nədən ZƏHƏRLƏNİBLƏR? - TƏBİB-dən AÇIQLAMA

596703

Xəbər verdiyimiz kimi, Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. İlkin iddialara görə, şagirdlər məktəbdə yedikəri qidadan zəhərləniblər. Hadisə ilə bağlı adiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya açıqlama verilib.

Bildirilir ki, 16.02.2026-cı il tarixdə saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO