Yol polisindən yük avtomobili sürücülərinə ÇAĞIRIŞ - VİDEO

Yol polisindən yük avtomobili sürücülərinə ÇAĞIRIŞ - VİDEO

Hazırda oxunan: Yol polisindən yük avtomobili sürücülərinə ÇAĞIRIŞ - VİDEO

596678

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobili sürücülərinə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Yük avtomobillərinin iştirakı ilə baş verən yol qəzalarının artması ciddi narahatlıq doğurur. Təsadüfi deyil ki, yük avtomobillərinin sürücüləri tərəfindən yol verilən - sürət həddinin aşılması, ötmə və manevretmə qaydalarının pozulması, sağ zolaq boş olduğu halda sol hərəkət zolağına yerləşərək arxadan gələn nəqliyyat axınına yol verilməməsi kimi kobud qayda pozuntuları digər sürücülərin haqlı narazılığına səbəb olmaqla yanaşı, həm də ciddi qəza riski yaradır".

Bildirilib ki, nasaz avtomobillərin istismarı, avtomobilin yorğun, yuxusuz halda idarə olunması, yükün düzgün qablaşdırılmaması, sükan arxasında diqqəti yayındıran hərəkətlərə yol verilməsi, yol kənarında qanunsuz parklanma halları da yük avtomobillərinin sürücüləri tərəfindən ən çox törədilən qayda pozuntularıdır.

Müşahidələr göstərir ki, avtomagistrallarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz belə qayda pozuntuları səbəbindən baş verir.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yük avtomobillərinin sürücülərinə müraciət edərək, onları sadalanan qayda pozuntularından çəkinməyə, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa, yüksək peşəkarlıq nümunəsi göstərməklə sürücülük mədəniyyətinə töhfə verməyə çağırır. Unutmayaq! Yolda məsuliyyət özümüzün və digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacibdir",- müraciətdə qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO