Sahibə Qafarovaya AĞIR İTKİ

Sahibə Qafarovaya AĞIR İTKİ

Hazırda oxunan: Sahibə Qafarovaya AĞIR İTKİ

593531

Milli Məclisin spikeri Sahibə Qafarovaya ağır itki üz verib.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, Sahibə Qafarovanın qardaşı vəfat edib.

Hadisə barədə detallı məlumat olmasa da, mərhumun Bakıda yaşadığı bildirilir.

Xatırladaq ki, Sahibə Qafarova 2020-ci il martın 10-dan Azərbaycan Respublikası Milli Məclisinin Sədridir.
 

O 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib.


Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Türkdilli Ölkələrin Parlament Assambleyasında və MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.
Evlidir, 2 övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO