Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

Hazırda oxunan: Nəvələrinə baxan şəxslərin NƏZƏRİNƏ: Depressiya riskiniz var

592837

60 yaşdan yuxarı insanlar gündə iki saatdan çox nəvələrinə baxarlarsa, klinik depressiya riski ilə üzləşə bilərlər.

Bizim.Media xəbər verir ki, bu nəticəyə yeni araşdırma zamanı iranlı alimlər gəliblər.

Şəhid Behişti Tibb Elmləri Universitetinin tədqiqatçıları təxminən 400 nəfər yaşlı cütlüyü sorğuya cəlb edərək belə qənaətə gəliblər ki, altı yaşdan kiçik uşaqlara mütəmadi nəzarət onların psixi sağlamlığı üçün təhlükəlidir.
 

Bildirilir ki, 60 yaşdan yuxarı nənə və babalar körpələrlə oynayarkən daha tez emosional tükənmə yaşayırlar və bu vəziyyətə məhəl qoymasalar, zamanla ciddi psixi problemlərlə üzləşə bilərlər.


Nəticədə orqanizmdə neyromediator balansı pozulur, serotonin (“xoşbəxtlik hormonu”) səviyyəsi azalır, apatiya yaranır və dopamin sisteminin aktivliyi düşür. Bu isə həyata qarşı motivasiyanın itirilməsinə gətirib çıxarır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO