Azərbaycanlı rəssamın əsəri ABŞ-da birinci yerə layiq görüldü – FOTO

Azərbaycanlı rəssamın əsəri ABŞ-da birinci yerə layiq görüldü – FOTO

Hazırda oxunan: Azərbaycanlı rəssamın əsəri ABŞ-da birinci yerə layiq görüldü – FOTO

592069

ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin əsəri Vaşinqtonda təşkil olunmuş rəsm sərgisində birinci yerə layiq görülüb.

Bizim.Media xəbər verir ki, Hill Mərkəzi tərəfindən təşkil olunmuş nüfuzlu 2026 Regional Münsiflər Sərgisində Virciniya və Merilən ştatlarından və paytaxt Vaşinqtondan 800 rəsm əsəri müsabiqəyə təqdim olunub. 124 sənət əsəri seçilərək sərgiyə çıxarılıb və aralarından azərbaycanlı rəssamın yağlı boya ilə çəkdiyi “Astral drift” əsəri birinci yerə layiq görülüb.

Sözügedən sərgidə Vüqar Quliyevə birinci yerə layiq görülməsi ilə bağlı sertifikat və mükafat təqdim olunub.

Seçilmiş əsərlər mayın 3-nə kimi “Old Naval Hospital”da sərgilənəcək.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO