Kəlbəcərə Murovdağ silsiləsindən gedən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Kəlbəcərə Murovdağ silsiləsindən gedən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Kəlbəcərə Murovdağ silsiləsindən gedən sürücülərə XƏBƏRDARLIQ - VİDEO

591894

Kəlbəcər rayonundan Murovdağ silsiləsi istiqamətində hərəkəti təmin edən avtomobil yolunda nəqliyyatın müvəqqəti dayandırıldığı ilə bağlı məlumat yayılıb. Yayılan məlumatlarda yolun təxminən 1 həftə müddətinə bağlı qalacağı qeyd olunur.

Bizim.Media məsələni dəqiqləşdirmək üçün modern.azAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, Murov yolunda heç bir problem yoxdur:

"Yol açıqdır. Amma sürücülər ehtiyyatlı olsunlar. Həmin yola təcrübəsiz sürücülərin qalxması düzgün deyil. Sürücülər qış fəslinə uyğun avtomobillərdən istifadə etməlidir. Çünki həmin ərazi yüksək dağlıq ərazidir, ehtiyyatlı olmalıdılar", - A.Nəcəfli deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO