Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

Hazırda oxunan: Yenilənmiş “Prestij” lotereyasında yarım milyon uduş sahibini gözləyir

590696

Ölkənin qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya”nın çox sevilən “Poz-Qazan” oyunlarında böyük uduşlar növbəti qaliblərini axtarır.

Yenilənmiş “Prestij” lotereyasında nə az, nə çox düz yarım milyon manat böyük uduş qazanmaq şansı var. Bu, “Poz-Qazan” tarixində ən böyük uduş məbləği hesab olunur. Artıq 4 şanslı qalibə “Prestij”dən 500 000 manat udmaq nəsib olub. Bundan əlavə, “Prestij”də oyunçuları  50 000, 5000 manat və digər irili-xırdalı uduşlar gözləyir.  
 

Bir-birindən maraqlı və əyləncəli  “Poz-Qazan” oyunlarında 5 000-dən 500 000 manatadək böyük uduşlar qazanmaq şansı var.  1 manatda “Qızıl”, 2 manata “Ani 50”, “Xoşbəxt”, “Uğurlu 7”, 3 manata “Qızıl Ekstra”, 5 manata “5X”, “Göz Muncuğu”, “Bəxt açarı”, 10 manata isə “Sür Qazan” və “Prestij” lotereya biletlərini alaraq qalib olmaq şansını qazana bilərsiniz.


Biletləri “Azərlotereya”  satış nöqtələri, “Misli” məntəqələri, "Azərpoçt" şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO